Hulusi Kılıç Azərbaycan xalqını təbrik edib
16 mart 2011 16:44 (UTC +04:00)

Hulusi Kılıç Azərbaycan xalqını təbrik edib

Səfirlikdən Lent.az-a daxil olan təbrik məktubunda deyilir: “Qardaş və dost Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Novruz bayramının hər il Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanması və gözəl şənliklərlə qeyd edilməsi təqdirəlayiq haldır. Artıq bu əziz günü dördüncü dəfədir doğma Azərbaycanımda sizlərlə bərabər qeyd etməkdən xoşbəxtlik və sevinc hiss edirəm.

Baharın Azərbaycanda və Azərbaycan sərhədlərindən uzaqlarda yaşayan bacı və qardaşlarıma cansağlığı, xoş güzəran, bərəkət, əmin-amanlıq və sevinc gətirməsini diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar