Həkimlər Şirvan zonasında pulsuz əməliyyatlara başladı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Novruz Bayramı ərəfəsində növbəti aksiyaya başlayıb.
ARDNŞ-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, xəstəxananın tibb personalı bu gündən etibarən Şirvan bölgəsinin əhalisi üçün təmənnasız tibbi xidmət göstərir. Martın 18-dək davam edəcək aksiya Şamaxı, Ağsu, İsmayıllı, Qobustan və digər qonşu rayonları əhatə edir.
ARDNŞ-də bildirirlər ki, aksiyaya bu gün Şamaxıdan başlanıb. Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı həkimlərindən ibarət səyyar briqadaları Şamaxı Müalicə Diaqnostika Mərkəzində cərrahi müdaxiləyə ehtiyacı olan vətəndaşlar üzərində uroloji, otorinolorinqoloji və baş-boyun cərrahiyyəsi əməliyyatları icra edəcəklər. Artıq xəstələr Şamaxı Müalicə-Diaqnostika Mərkəzində tam müayinədən keçirilib, onların diaqnozu dəqiqləşdirilib. Aksiya zamanı 10-dək xəstənin əməliyyat olunması nəzərdə tutulmuşdur.
Xatırladaq ki, bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində təşkil olunan aksiyalar çərçivəsində bölgə əhalisi üzərində 7 açıq ürək və 30-dək göz əməliyyatı həyata keçiriblər.
Elxan SALAHOV

638