“Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu” - FOTO
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən “Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Yusif Məmmədov bildirib ki, konfransın işində Milli Təhlükəsizlik və Təhsil nazirliklərinin məsul əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edirlər. Y.Məmmədov bu il ADPU-nun 90 illiyinin keçiriləcəyini və milli təhlükəsizlik orqanlarının 92-ci ildönümü ərəfəsində belə bir tədbirin bu təhsil ocağında təşkilinin əlamətdar hadisə olduğunu qeyd etmişdir.
MTN-in idarə rəisi, polkovnik Məmməd Cəfərli Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışıb. Natiq qeyd edib ki, nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasıdır. Bildirilib ki, işğalçı Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənən terrorçuluq və təcavüzkar separatçılıqla mübarizənin səmərəsinin artırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Ölkə ərazisində terrorçuluq aksiyalarının törədilməsi cəhdlərinin qarşısı alınıb, bu istiqamətdə aparılan uğurlu əməliyyatlar nəticəsində beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan bir sıra silahlı birləşmələr və ekstremist qruplar zərərsizləşdirilib.
MTN-in beynəlxalq əlaqələri barədə məlumat verən M.Cəfərli deyib ki, kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır.
Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

1014