Yeni hüquq saytı fəaliyyətə başladı
Təşkilatın rəhbəri Akif Əlizadə Lent.az-a bildirib ki, saytda əsasən, ölkəmizin məhkəmə hüquq sistemində gedən proseslərə dair xəbərlər, qanunvericilikdəki yeniliklər, monitorinqlərin nəticələri, müəllif yazıları, hüquqşünaslarla müsahibələr, hüquq sahəsində fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatlarının gördüyü işlər əks olunacaq. Saytda həmçinin Avropa Məhkəməsinin qərarları, digər ölkələrin məhkəmə hüquq təcrübəsi, hüququ təhsili və digər məlumatlar da işıqlandırılacaq.
Akif Əlizadə deyib ki, İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi iki ildir əsas insan hüquq və azadlıqlarının müdafiəsi üzrə pulsuz hüquq yardımı göstərir: “Biz bu yardımı indiyə qədər yalnız Bakı şəhərində həyata keçirə bilirdik. Saytın istifadəyə verilməsindən sonra bu fəaliyyəti regionlarda da uğurla icra edə biləcəyik. Belə ki, saytda daimi olaraq pulsuz hüquqi yardım xətti olacaq. İstənilən şəxs harada olmasından asılı olmayaraq internet səhifəmizə daxil olmaqla özünün hüquqla bağlı sualı və ya problemi barədə bizə müraciət edə və çox qısa bir müddətdə əməkdaşlarımız tərəfindən peşəkar yardım ala bilər. Salışacağıq ki, saytımız keyfiyyətli hüquq yardımı bütün vətəndaşlarımız üçün əlçatan olsun”.
Təşkilat rəhbəri deyib ki, sayt istənilən şəxsə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycan və ingilis dillərində olan qərarları ilə tanış olmaq imkanı da verir.
Elxan SALAHOV

1170