Yeni sanitar qaydalar hazırlanır
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, artıq Beynəlxalq Maliyyə Korporasiyası ilə bağlanmış müqaviləyə uyğun olaraq, dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində bir sıra sənədlərin layihələrinin hazırlanmasına başlanıb. İlkin olaraq, “Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən tikinti, yenidənqurma, yenidən planlaşdırma, təkmilləşdirmə və yeni texnika ilə təchiz edilmə layihələrinə rəy verilməsi qaydaları” və “Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən qeyri-yaşayış sahələrində yaradılan müxtəlif təyinatlı obyektlərin fəaliyyətinin razılaşdırılması barədə rəyin verilməsi qaydaları”nın layihələrinin hazırlanması başa çatıb.
Hər iki layihə artıq Səhiyyə Nazirliyinə təqdim edilib.
Elxan SALAHOV
Hər iki layihə artıq Səhiyyə Nazirliyinə təqdim edilib.
Elxan SALAHOV
1061