AKKORD: “İşdən çıxarılan olmayıb, məvaciblər kartlara köçürülüb ”
Qazax rayonunun Daşsalahlı kəndində sement zavodu tikən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası martın 14-də bu zavodun tikintisində çalışan heç bir işçini işdən çıxarmayıb.
Bu barədə Lent.az-a açıqlamasında Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Direktoru Afaq Quliyeva məlumat verib.
O bildirib ki, heç də böyük miqyaslı bir hadisə olmayan bu məsələnin obyektiv səbəbləri var. Məsələ bundadır ki, havaların istiləşməsi ilə əlaqədar olaraq bir çox sahələrdə olduğu kimi, Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında tikilən sement zavodunda da işlər daha da genişləndirilməyə və intensivləşməyə başlamış və bununla əlaqədar olaraq, tikintidə çalışmaq üçün müəyyən sayda yeni işçilər işə qəbul edilib.
Nəticədə hər ayın yekununda mərkəzi ofisə göndərilən maaş tabellərinin yenidən işlənməsi zərurəti müəyyən gecikmələrə, bu isə, işçilərə maaş ödənişinin bir qədər ləngiməsinə səbəb olub: “Bu məsələ mərkəzi ofisdə diqqət mərkəzində olub və hələ bu gün səhər məvaciblər ödənilmək üçün kartlara köçürülüb. Bununla yanaşı, qeyd etmək istərdik ki, sement zavodunun tikintisi hazırda elə bir mərhələdədir ki, burada həyata keçirilən betonlama prosesində fasiləyə yol verilməsi mümkünsüzdür”.
Afaq Quliyeva mətbuatda işçilərin işi dayandırmaları barədə yazılanların da həqiqəti əks etdirmədiyini qeyd edib: “Bunu tikinti işlərini həyata keçirən bütün personal da bilir və gördüyü işin məsuliyyətini yaxşı anlayan kollektiv üzvləri, o cümlədən fəhlələr işdə dayanmaya yol vermənin hansı nəticələr verə biləcəyini yaxşı anladığından belə bir addım atmaq niyyətində də olmayıblar. Ona görə də işçilərin işi dayandırması, yol bağlamaqla təhdid etməsi barədə deyilənlər sadəcə olaraq yanlış və şişirdilmiş informasiyadan başqa bir şey deyil. Hazırda zavodda bütün işlər öz axarı ilə davam edir və işçilərin məvacib ödənişləri də başa çatdırılıb. Sement zavodunda işçilərə verilən yeməyin keyfiyyəti və yeməkxananın vəziyyəti ilə isə, istənilən vaxt tanış olmaq mümkündür. Burada hər hansı problem və o cümlədən, qida zəhərlənməsi halı baş verməyib”.
Qeyd edək ki, mətbuatda martın 14-də Daşsalahlı kəndində sement zavodunun tikintisində çalışan işçilərin əmək haqlarının gecikdirilməsinə və keyfiyyətsiz yemək verilməsinə etiraz əlaməti olaraq işi dayandıraraq evə getdikləri, bu gün isə işə qayıdan zaman onların 22 nəfərinin işdən çıxarıldığı yazılıb.

726