Mübariz İbrahimov: “Hünər simfoniyası” - FOTO
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində “Qarabağ İctimai Forumu”nun (QİF) təşkilatçılığı ilə şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən “Hünər simfoniyası” adlı kitabının təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, QİF-in sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu cəmiyyətin susqunluğuna, düşdüyü depressiya vəziyyətindən çıxmasında M.İbrahimovun şücaətinin böyük rol oynadığını vurğulayib. O, Balayar Sadiqin qələmə aldığı poemanın çox qiymətli olduğunu deyib.
Nəşrin redaktoru, şair-publisist Qulu Ağsəs kitabı təmənnasız çap edən “MHS-poliqraf” nəşriyyatının rəhbərliyinə minnətdarlığını bildirib. O, M.İbrahimovun qəhrəmanlığından, onun keçdiyi qısa, amma çox şərəfli bir həyat yolundan danışıb. Milli Məclisin deputatı Aqil Abbas isə çıxışında son dövrlərdə formalaşan bədbinlik hissinin Mübarizin qəhrəmanlığı ilə aradan qalxdığını qeyd edib. O, kitabın geniş təbliğinə ehtiyac olduğunu, “Ədalət” qəzetinin bu istiqamətdə əlindən gələn köməyi etməyə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Millət vəkili Qənirə Paşayeva gənc nəslin, xüsusilə də müharibə dövrünü görməyən gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində Mübariz İbrahimov qəhrəmanlığının böyük rolu olduğunu söyləyib. Xanım deputat bu kitabın təbliğatında əlindən gələn köməyi etməyə hazır olduğunu deyib. Xankəndindən deputat seçilmiş Flora Qasımova cəmiyyətdə Qarabağ hadisələrinin unudulacağı qorxusu olduğu bir vaxtda M.İbrahimovun qəhrəmanlığının əvəzsiz rolunu qeyd edib. Millət vəkili Zahid Oruc son dövrlərdə şou xarakterli verilişlərin artması fonunda, vətənpərvər verilişlərin azalmasını diqqətə çatdırıb. Milli Məclisin üzvü, QİF yaradıcılarından biri olan Məlahət İbrahimqızı çıxışında Mübariz İbrahimovun qəhrəmanlığının son dövrlərdə xüsusi ilə televiziya məkanında olan mənəviyyatsız mühitə son qoyduğunu bildirib. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı kitabın müəllifi B.Sadiqi təbrik edib ona uğurlar diləyib.

1589