“Yer oxunun 15 sm yerdəyişməsi ciddi fəsad törətməyəcək”
15 mart 2011 13:23 (UTC +04:00)

“Yer oxunun 15 sm yerdəyişməsi ciddi fəsad törətməyəcək”

0
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Yer müəyyən nöqtə ətrafında daim fırlanır. Elmdə buna presesiya deyilir: “Təbii ki, Yer oxunun dəyişməsi təbii yolla baş verərsə, daha yaxşıdır. Min illər boyu Yer müəyyən nöqtə ətrafında kilometrlərlə hərəkət edir. İldə 1-2 sm öz oxunu dəyişir”.

Ə. Quliyev deyib ki, Yer oxunun dəyişməsi sutkanın qısalmasına da təsir edir. Amma bu təsir də həddindən artıq cüzidir: “Bu təsir saniyənin mində bir hissəsi qədərdir. Sutka özü də standart deyil. Bu, ümumi dəyişmənin fonunda çox cüzi kəmiyyətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1024

Oxşar yazılar