“Abituriyent” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, TQDK abituriyentlərin düşünülmüş ixtisas seçimi etmələrinə və bu istiqamətdə dəqiq addım atmalarına kömək məqsədilə bütün bakalavr ixtisaslarını əhatə edən məlumat-sorğu vəsaitinin hazırlanmasını məqsədəuyğun hesab edərək “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlanan bu nəşr Nazirlər Kabineti tərəfindən təsdiq edilib. “Ali təhsil pilləsinin Dövlət standartları və proqramı” sənədinə istinadən və TQDK-nın informasiya bazasında olan məlumat və materiallar əsasında hazırlanıb.
Təqdim olunan vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (45 ixtisas) və dördüncü kitab isə IV qrup ixtisaslarına (23 ixtisas) həsr edilir. Hər bir ixtisas haqqında təqdim olunan informasiyada həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir. İxtisasların siyahısı ali təhsil müəssisələrinə 2010-cu ilin qəbul planı əsasında təqdim olunur.

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06