İqtisadi İnkişaf Nazirliyi monitorinqlərə başlayıb
Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, monitorinqlər son vaxtlar yumurtanın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin artmasından sonraya təsadüf edir. Onun sözlərinə görə, gündəlik tələbat malları arasında ən çox işlədilən kartof, yağ, şəkər tozu, düyü, soğan və digər zəruri məhsulların monitorinqi aparılır. Monitorinq zamanı məhsulların keyfiyyətində ciddi narahatlıq müşahidə olunmasa da, bəzilərində qiymət artımı nəzərə alınıb.
Bununla belə, Zahid İsayev vurğulayıb ki, monitorinqlərin yekununda həmin məhsulların bir qismində, xüsusən yağ, şəkər tozu, kartof və toyuq ətinin qiymətində xeyli ucuzlaşma qeydə alınıb.
Elxan Salahov

525