Cəlilabadda orta əsrlərə aid yaşayış məskəni aşkarlanıb
Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində orta əsrlərə aid yaşayış məskəni, abidə aşkar edilib. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytına istinadən verdiyi məlumata görə, abidə Ələt-Astara magistral yolunun 260-cı kilometrdə, Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yerləşir.
Yaşayış yeri Uzuntəpə kəndindən 2 kilometr şimalda, əkin və otlaq sahələrinin arasındadır. Cənub-qərb tərəfindən böyük arx, şimal-şərq tərəfindən kanal keçir. Abidənin Qoşatəpə adlanması eyni yerdə bir-birinə yaxın iki təpənin olması ilə bağlıdır.
Yaşayış yerindən biri sahəsi təqribən 1,5 hektar olan ərazini əhatə edir. Abidənin tən yarı hissəsi dəmyə əkin sahəsinə çevrilib, digər hissəsi də təsərrüfat üçün münbit torpaq kimi dağıdılaraq götürülür. Yaşayış yerinin dağıdılmış hissəsinin en kəsiyində mədəni təbəqə aydın müşahidə edilir. Qırmızı rəngli yanmış təndir və yaxud kül qatışıqlı ocaq izləri, təsərrüfat quyuları, heyvan sümükləri ətrafa səpələnib. Yaşayış yerinin üstü bütünlüklə orta əsrin şirli və şirsiz saxsı məmulatı ilə örtülüdür. Yerüstü materiallar qismində çoxlu sayda saxsı məmulatları götürülüb.
Təsərrüfat işləri zamanı yaşayış məskəninin ərazisindən içərisində sikkələr olan küp aşkar edilib. Aşkar edilmiş dəfinədən 26 ədəd mis sikkə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna təqdim edilib. Sikkələr Atabəylər dövrünə (XII-XIII əsrlər) aid edilir.
Uzuntəpə kəndinin içərisində də kurqan və yaşayış məskənlərinə rast gəlinir. Dəmir dövrünə aid bu kurqanların üzərində orta əsrlərə aid yaşayış məskəninin izləri var. Kurqanın üzərində orta əsrin müdafiə qurğularının qalıqları indi də nəzərə çarpır. Hündür təpələrin ətrafında qədim xəndəyin izləri müşahidə edilir. XIX əsrin əvvəllərində bu ərazidə məskunlaşmış ruslar təpələrin ətrafında qəbiristanlıq salmış və bu qəbirlər indiyədək qalmaqdadır.
Qeyd edək ki, yerüstü materiallar qismində abidələrin XI-XIII əsrlərə aid olduğu güman edilir. Abidənin mühafizəsi üçün Mədəniyyət və Turizm Nazirliyinə rəsmi məlumat verilib.

605