Daxili Qoşunlar «milli menyu»ya keçib
12 mart 2011 14:43 (UTC +04:00)

Daxili Qoşunlar «milli menyu»ya keçib

Artıq qoşunların bütün hərbi hissələrində əsgərlərə verilən qidaların böyük hissəsini milli xörəklər təşkil edir. Lent.az-ın əməkdaşına Daxili Qoşunların yaranmasının 19-cu ildönümü münasibəti ilə keçirilən tədbirdə verilən məlumata görə, Daxili Qoşunlar bununla Azərbaycan Silahlı Qüvvələrində «milli menyu»ya ilk keçmiş qoşun növüdür.


Qoşunların şəxsi heyətinin yeni menyusuna milli xörəklərdən mərci şorbası, bozbaş, küftə, dolma, plov (qarası ilə bir yerdə), həmçinin bir sıra tərəvəzli yeməklər daxil edilib. Həftənin hər günü fərqli yeməklər verilir ki, bu da əsgərlərin düzgün və keyfiyyətli qidalanmasını təmin edir. Bununla yanaşı, əsgərlərə yumurta, hər gün müxtəlif salatlar, yay və qış fəslində belə tərəvəz məhsulları, həmçinin meyvə və meyvə şirəsi verilir.


Ümumilikdə Daxili Qoşunların qida təminatı tam olaraq, yerli məhsullar hesabına təmin olunur ki, bu da öz növbəsində kalorili qidalanmada əsas rolu oynayır. Əsgərlərin qidalanma rejimi daim nəzarətdə saxlanılmaqla yanaşı, valideynlərin də bu şəraitlə tanış olmasına imkanlar yaradılır.


Qeyd edək ki, analoji addımlar hazırda Sərhəd Qoşunları və Mülki Müdafiə Qoşunları tərəfindən də həyata keçirilir. Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, ümumilikdə Silahlı Qüvvələrin tam olaraq milli menyuya keçidinin yaxın 3 il ərzində başa çatdırılması nəzərdə tutulur. Milli menyuya keçid zamanı da hazırda əsgərlərə verilən bəzi kalorili yeməklər (qarabaşaq, kartof püresi və s.) saxlanılacaq.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328

Oxşar yazılar