Dəmiryolçu mühasiblərə sertifikat verildi – FOTO
Treninqlərin yekunu olaraq, iştirakçılar sertifikatlar təqdim olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, iki mərhələdən ibarət treninqlərin birinci mərhələsində Səhmdar Cəmiyyətin aparatında çalışan baş mühasiblər, ikinci mərhələdə isə dəmir yolunun xətt boyu yerləşən təşkilat, idarə və müəssisələrin baş mühasibləri iştirak edib. G&G consulting şirkətinin layihə qrupunun rəhbəri Ceyhan Günər və qrupun üzvləri Ümmuhan Astan, Saime Önce, Vedat Ekergil, Hasan Turgut treninqlərdə mühasibat işçiləri üçün “Mühasibatın fundamental prinsipləri”, “MHBS və MUBS”, “İnzibati hesabatlar üçün hesablar planının əhəmiyyətliliyi”, “Qərar vermə prosesində maliyyə hesabatlarının rolu və maliyyə hesabatlarının təhlili”, “İdarəetmə hesabatları”, “Kommersiya təşkilatları üçün Milli mühasibat uçotu standartlarının MHBS və MUBS ilə müqayisəsi”, “Xərc və gəlir mərkəzləri, xərc və məsrəf maddələri”, “Maya dəyərlərinin hesablanması”, “Maya dəyərlərinin hesablanması və avtomatlaşdırılmış mühasibatlıq sistemi”, “Peşəkar mühasiblər üçün etika məcəlləsi” və digər məsələlər barədə təlimlər keçiblər.
Nadir Əzməmmədov bildirib ki, fevral ayında başlanan treninqlərin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi Azadlıq Qonaq Evində keçirilib. Tədbirdə çıxış edən G&G consulting şirkətinin layihə qrupunun rəhbəri Ceyhan Günər treninqlərin yüksək səviyyədə keçdiyini və gələcəkdə uğurlu nəticələrinin olacağını bildirib.
Xatırladaq ki, BMHS-nin tətbiqi ilə bağlı mühasibat işçiləri üçün treninqlər “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” əsasında keçirilib.
Elxan SALAHOV

697