Qanunsuz ovçuluqla bağlı 4 fakt aşkarlanıb
Lent.az nazirliyin internet saytına istinadən xəbər verir ki, reydlər zamanı Qızılağac Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon Qızılağac kənd sakini Musabala Əliyev saxlanılıb. Bu zaman ondan 1 taxta qayıq, 1 taxta qayıq avarı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator və 13 külmə balığı aşkar edilərək götürülüb. Həmin şəxs barəsində müvafiq qaydada akt tərtib olunmuş və əməlində cinayət tərkibi olduğu üçün tərtib edilmiş sənədlər Su Nəqliyyatında Lənkəran Rayon Xətt Polis Şöbəsinə göndərilib.
Bundan başqa, Mahmudçala Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Biləsuvar rayonu Bəydili kənd sakini Nicat Əzizov və Xırmandalı kənd sakini Şahin Kazımov saxlanılaraq hər birindən 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunublar.
Reydlər zamanı Zaqatala rayonu Donbabinə kəndinin “Qırğıllıbinə” adlanan sahəsində də qanunsuz ovla məşğul olan Masxarabinə kənd sakini Kazım İmamhüseynov saxlanılıb. Ondan 1 ov tüfəngi götürülərək akt və protokol tərtib olunub və həmin şəxs 1000 manat məbləğində cərimə edilib.
Oğuz rayonu ərazisində keçirilən reyd zamanı Sincan kənd sakini Mehman Abdulqədirov qanunsuz ov edərkən saxlanılmış və ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.

Oxşar yazılar

İlyas İsmayılov dəfn edildi - YENİLƏNİB
18 fevral 2025 , 12:49
Bakıya yağış, rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI
18 fevral 2025 , 12:36
Hansı otaqlarda qazdan istifadə etmək qadağandır? – CAVAB
18 fevral 2025 , 09:35
Keçmişdə milyonçu idilər: zəngin olmağı hədəfləyən 5 bürc
18 fevral 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 fevral 2025 , 08:21
Qadın evdən iki min manat götürüb getdi, şərikli çörək sexi açdı - VİDEO
18 fevral 2025 , 00:23
Üç BÜRC qışın sonuna qədər "qara siyahı"dadır
18 fevral 2025 , 00:01