Türkiyədə teleseriala çəkilən azərbaycanlı uşaq istismar olunur
Lent.az-ın Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan əsilli bir ailənin 4 yaşlı uşağı teleserialın çəkilişində iştirak edir.
Teleserialda rol alan məşhur aktrisa Akasiya Asiltürkmən deyib ki, çəkiliş zamanı uşaq saatlarla qar altında gözlədilib. İstehsalçı bunu inkar etməyə çalışsa da, aktrisa söylədiklərinin arxasında durduğunu bildirib: “Uşaq səhərə yaxın çəkiliş üçün gözləyərkən yağan qarın altında tir-tir titrəyirdi. Uşağı o vəziyyətə salmağa heç kimin haqqı yoxdur. Aktyorların Həmkarlar İttifaqının toplantısında da bu məsələni qaldıracağam. İstehsalçı Rejissor uşağın ailəsinin şikayəti olmadığını, çəkilişlərin pedaqoq nəzarətində aparıldığını iddia edib. Yalandır”.
Akasiya Asiltürkmən qeyd edib ki, teleserialda onun oğlunu oynayan 4 yaşlı uşaq qarşısında titrəyərək evə getmək istədiyini bildirib: “Gecə saat 2-də qarın altında bərabər oynayırdıq. Uşağın zavallı atası, bir də əlində şokolad olan rejissor vardı. Mənim heç kimin çörəyi ilə oynamaq niyyətim yoxdur. Zatən ailələrin çəkilişdə iştirak edən uşaqlarına görə şikayət etmək haqqı yoxdur. Amma uşağın o saatda çəkiliş meydanına gətirilməsi cinayətdir. Mən nə uşağımı, nə itimi çəkiliş üçün verərəm. Bu, uşaq istismarıdır. Adətən, elə kasıb ailələrin uşaqları çəkilişlərdə iştirak edir”.
Akasiya Asiltürkmənin sözlərinə görə, uşağın atası azərbaycanlıdır və 50 lirəyə razılaşan insandır: “Ataya da bir söz demirəm, uşağının o qədər orada qalacağını bilmirdi. Xətaya yol verən rejissor və prodüserdir. Çəkilişi dayandırmalı idilər. Bizim belə psixologiyamız pozulur. Bir uşağın məktəbə getməsi, arada-sırada gündə 2 saat belə çəkilişlərdə iştirak etməsi gərəkdir. Bir uşaq gündə 8 saatdan çox çəkiliş meydanında saxlanılmamalıdır”.

593