Goranboyda antik dövrə aid küp qəbirlər tapılıb
11 mart 2011 16:37 (UTC +04:00)

Goranboyda antik dövrə aid küp qəbirlər tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elmi Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsinin əməkdaşları Goranboy rayonunun Nərimanlı kəndində həyətyanı sahədə təsərrüfat quyusu qazılarkən aşkarlanmış küp qəbirlər və avadanlıqları qeydə alıblar.

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onlardan biri uşaq qəbridir. Qəbrin içərisindən kiçik ölçülü antik dövrə aid şamdan, duzqabı, digər məişət əşyaları və bir ədəd gözmuncuğu hesab edilən qara rəngli muncuq tapılıb. Şöbə əməkdaşları arxeoloji kəşfiyyat işlərini davam etdirərək həmin qəbiristanlığa aid yaşayış yerini qeydə alıblar. Yerli əhali arasında İsgəndər təpəsi adlanan bu abidə antik və ilk orta əsrlər dövrünə aiddir. Onun bir hissəsi 1963-cü ildə təsərrüfat işləri ilə əlaqədar dağıdılsa da, qalan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Küp qəbirlər e.ə IV-III əsrlərə aid edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar