“Quş qripi” monitorinqinin nəticələri bəllidir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) fevralın 28-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başladığı monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a bildirib ki, bu ilin üçüncü monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1181 baş ev quşunun qan nümunəsi, eləcə də 17 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilib. Müayinələr bu gün yekunlaşıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Yolçu Xanvəli deyir ki, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılıb. Onun sözlərinə görə, həmin ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.
Bununla belə, DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Həmçinin heyvanlar, o cümlədən quşlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Xatırladırıq ki, “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Elxan SALAHOV

471