Mənzil bölgüsü komissiyasının iclası keçirilib
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin sifarişi ilə inşa olunan yaşayış binalarındakı mənzillərin Qarabağ əlili və şəhid ailələrinə paylanmasının təmin edilməsi məqsədilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, iclasda 118 nəfər Qarabağ müharibəsi, Çernobıl əlili və şəhid ailəsinin mənzil məsələsinə baxılıb və mənzil bölgüsü aparılıb.
Xatırladaq ki, təqdim olunmuş mənzil növbəliliyi siyahıları əsasında işçi qrupları yaradılaraq əlil və şəhid ailələrinin mənzil-məişət şəraitləri yerində öyrənilərək müvafiq aktlar tərtib olunur. Bu aktlar və onlara dair müvafiq sənədlər toplanılır, əlil və şəhid ailələri barədə məlumatlar ümumiləşdirilərək komissiyaya təqdim edilir. Komissiya üzvləri müvafiq yaşayış yeri üzrə mənzil növbəsinə dayanan hər bir Qarabağ əlili və şəhid ailəsinin mənzil şəraitini müzakirə edərək növbəlilik qaydasında mənzil ayrılmasına dair qərar verirlər.
Nazirlikdə bildirirlər ki, müvafiq komissiyanın tərkibinə nazirliyin məsul işçiləri, rayon (şəhər) icra hakimiyyətlərinin başçılarının müavinləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin, “20 yanvar” Cəmiyyətinin, Çernobıl Əlilləri İttifaqının sədrləri, nümayəndələri daxil edilirlər. Şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibi bir qədər də genişləndirilib. Belə ki, artıq komissiyanın iclaslarında Ombudsman Aparatının nümayəndəsi, QHT Milli Şurasının hüquqşünası və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri də iştirak edir.
Elxan SALAHOV

986