“Xocalı fəryadı” adlı sərgi açıldı
24 fevral 2011 18:08 (UTC +04:00)

“Xocalı fəryadı” adlı sərgi açıldı

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu diqqətə çatdırıb.

O bildirib ki, sərginin keçirilməsində məqsəd məhz bu faciənin qurbanlarını yad etməkdir: “Hər bir xalq öz sevinc və kədərini, ağrı-acısını müəyyən vasitələrlə - şeirlə, rəsmlə, filmlə və digər vasitələrlə dilə gətirir, dünyaya çatdırır və tarixdə yaşadır. Azərbaycanda da bu faciəyə şeirlər qoşuldu, hekayələr yazıldı, filmlər çəkildi, dünyaya çatdırıldı. Bugünkü sərgidə biz həmin faciəyə bir daha sənət və sənətkar gözü ilə, hissi ilə baxacağıq”.

Sərgidə ata və oğulun “Son ümid”, “Perik düşənlər”, “Qarabağın dağıdılmış məzarları”, “Bizə qaçqın deməyin”, “Qanlı Xocalının şahidi”, “Xocalıların göyü yaran naləsi” adlı əsərləri nümayişə çıxarılıb.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar