Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nda qeyd olunur ki, əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, sanatoriya-kurort müalicələrinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi, əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması xərcləri dövlət büdcəsindən ayrılan vəsait daxilində həyata keçirilir.
“2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı”nda yazılır ki, məşğulluq xidməti orqanlarına müraciət edəcək vətəndaşlardan 32 min nəfərin münasib işlə təmin olunması, 4,7 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 4 min nəfərin peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına, 4 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi, 48 min nəfərin isə iş axtaran kimi qeydiyyata götürülməsi proqnozlaşdırılır.
Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə üstünlük verilməklə, müraciət edən vətəndaşların münasib işlə təmin olunmaları, əmək bazarının real tələbləri əsasında peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, haqqı ödənilən ictimai işlərə cəlb edilməsi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş, eləcə də cəzaçəkmə müddətinin bitməsinə az qalmış şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, əmək bazarının öyrənilməsi və təhlil edilməsi üzrə yeni mütərəqqi metodologiyanın işlənilməsi sahəsində elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulub.
2011-ci ildə respublikanın şəhər və rayonlarında iş axtaran və işsiz vətəndaşlara xidmətin yeni mütərəqqi texnologiyalara əsasən qurulması, əmək yarmarkalarının keçirilməsi, əmək birjalarının, psixoloji məsləhət və peşəyönümü kabinetlərinin, eləcə də fəaliyyət göstərən regional peşə tədrisi mərkəzlərinin istehsalat bazalarının təkmilləşdirilməsi işləri davam etdiriləcək. İş axtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində vacib amillərdən biri də onların bu sahədə məlumat əldə etmə imkanlarının artırılmasıdır. Bu məqsədlə məşğulluq xidməti orqanları tərəfindən əhalinin məlumatlandırılması istiqamətində reklam-informasiya işinin genişləndirilməsi, eləcə də məşğulluq xidməti orqanlarının vahid informasiya sisteminin yaradılması üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.
I. 2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı Tədbirlər Planı
Sıra | Tədbirin adı | Ayrılmış vəsaitin məbləği | Maliyyə |
1 | 2 | 3 | 4 |
| 1. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası | 14113,8 |
|
1.1. | Əlillərin xarici ölkələrdə reabilitasiyasına şərait yaradılması, | 240,0 15,0 | dövlət büdcəsi |
1.2. | Respublika daxilində əlillərin müalicəsinə köməklik göstərilməsi, | 80,0 17,0 | dövlət büdcəsi |
1.3. | Əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi | 5170,0 | dövlət büdcəsi |
1.4. | Əlillərin sanatoriya-kurort müalicəsinin təşkili üçün yollayışların alınması | 950,0 | dövlət büdcəsi |
1.5. | Əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması | 7673,8 | dövlət büdcəsi |
| 2. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatının, yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili | 1315,0 |
|
2.1. | Gözdən əlillərin informasiya təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramın hazırlanması | 80,0 | dövlət büdcəsi |
2.2. | İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə onların yaradıcılıq imkanlarının təbliğinə kömək göstərilməsi | 70,0 | dövlət büdcəsi |
2.3. | Cəmiyyət arasında əlillərə diqqət və qayğının artırılması məqsədi ilə təbliğat-təşviqat kampaniyasının təşkili | 50,0 | dövlət büdcəsi |
2.4. | Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədi ilə kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi | 50,0 | dövlət büdcəsi |
2.5. | Əlillərin sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə bağlı əməkdaşlıq və informasiya mübadiləsi | 15,0 | dövlət büdcəsi |
2.6. | Əlillərin asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi, | 300,0 15,0 | dövlət büdcəsi |
2.7. | İdman tədbirlərinin keçirilməsi və əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, | 700,0
4,0 | dövlət büdcəsi |
2.8. | Əlillərin stolüstü idman oyunları üzrə III Ümumrespublika yarışlarının keçirilməsi, | 50,0 3,0 | dövlət büdcəsi |
| 3. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili | 399,144 |
|
3.1. | 20 Yanvar –Ümumxalq hüzn günü, | 329,144
76,0 | dövlət büdcəsi |
3.2. | Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı texniki yardım göstərilməsi, | 30,0 4,0 | dövlət büdcəsi |
3.3. | Əlillərin sosial-məişət problemlərinin həlli ilə bağlı yardım göstərilməsi, | 40,0 8,0 | dövlət büdcəsi |
Cəmi | 15827,944 |
|
II. 2011-ci ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı
Tədbirlər Planı
Sıra №-si | Tədbirin adı | Ayrılmış vəsaitin məbləği | Maliyyə mənbəyi |
1 | 2 | 3 | 4 |
1. | İşsizlik müavinətinin ödənilməsi, | 4350,0 | məcburi dövlət sosial |
2. | Peşə hazırlığı, yenidənhazırlıq və ixtisasartırma kurslarının təşkili, | 1064,0 80,0 | dövlət büdcəsi |
3. | Haqqı ödənilən ictimai işlərin təşkili, | 214,24 | dövlət büdcəsi |
4. | İşsizlər üçün yeni məsləhət xidmətlərinin təşkili, əmək birjalarının fəaliyyətlərinin artırılması, yeni texnologiyaların tətbiqi, təbliğat-təşviqat işlərinin aparılması, əmək yarmarkalarının keçirilməsi, | 390,0
10,0 | dövlət büdcəsi |
Cəmi | 6018,24 |
|