160 illik kəndə ilk dəfə təbii qaz verildi
21 fevral 2011 19:27 (UTC +04:00)

160 illik kəndə ilk dəfə təbii qaz verildi

Mərasimdə kənd sakinləri ilə bərabər Qusar rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov da iştirak edib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 160 illik tarixi olan kənddə bu vaxta qədər təbii qaz olmayıb. Kənddə yaşayan 112 abonent bundan sonra istilik kimi təbii qazdan istifadə edə biləcək.

Qusar rayon Qaz İstismar Sahəsinin rəisi Elbrus Hacıyev Lent.az-a bildirib ki, bundan sonra rayonun Mucuqoba, Salehoba, Üzdənoba kəndlərinə cari ildə qazın verilişi nəzərdə tutulur. Hazırda həmin kəndlərdə hazırıq prosesi davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar