Xaricdə təhsil alanlar dövlət qulluğuna birbaşa qəbul olunacaqlar
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov deyib. O bildirib ki, artıq dövlət xətti ilə xaricdə təhsil alan tələblərə test keçmədən dövlət qulluğuna birbaşa qəbul olunmaq hüququ verilib. Bununla da dövlət qulluğunda işləmək üçün daha geniş imkanlar yaradılıb: “Dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin işlə təmin olunması yüksək səviyyədə həyata keçirilir. Düzdür, indi tələbələrimiz daha çox özəl sektorlara üstünlük verirlər. Bu da bizim üçün sevindirici haldır ki, tələbələrimizin işlə bağlı problemi yoxdur. Onu da vurğulayım ki, Fransanın Leon universitetinin tibb fakültəsində təhsil alan 2 məzunumuz Azərbaycana gələndən dərhal sonra dövlət gömrük komitəsinə məxsus hərbi xəstəxanada şöbə müdiri vəzifəsinə götürülüb”.
Xəyalə Muradlı
Xəyalə Muradlı
719