Borclu abonentlərə xəbərdarlıq
Elektrik enerjisindən istifadəyə görə yaranmış borcunu vaxtında ödəməyənlərin enerji təchizatı dayandırılacaq
"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti borclu abonentlərə növbəti dəfə xəbərdarlıq edib. Xəbərdarlıqda abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş olunur.
Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ödəniş müddəti keçən abonentlərin elektrik enerjisi təchizatı 13 noyabr saat 15:00-dan qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin şəbəkəyə təkrar qoşulması bir neçə gün sonra mümkün olacaq.
Xatırladaq ki, "Bakıelektrikşəbəkə"də borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, habelə internet saytı (www.bes.az) vasitəsilə “onlayn” şəkildə həyata keçirilir.
Elxan SALAHOV

504