Fərdi pensiya uçotunda olan əcnəbilərin sayı artıb
Hazırda fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 min 833 nəfərə çatıb
Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 15,3 faiz artıb. Hesabat dövründə əlavə olaraq 1196 nəfər əcnəbi vətəndaş uçota alınıb və beləliklə, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 833 nəfərə çatıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, ümumilikdə 83 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir- 4520 nəfər. Onun sözlərinə görə, 10 ay ərzində diğər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə olunub. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1196 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 537 nəfər təşkil edir. Sonrakı yerlərdə İran (242 nəfər), Hindistan (195), Çin (93), Ukrayna (74), Pakistan (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (68), Malayziya (63), Qazaxıstan (62), Özbəkistan(59), Türkmənistan (46), Almaniya (44), İtaliya (42), ABŞ (32) və digər ölkələr gəlir.
Xatırladaq ki, DSMF tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün tədbirlər görülməkdədir. Bu tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir. Bununla yanaşı xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsinin gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır, bu ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı məqsədilə sistemlərin qarşılıqlı öyrənilməsi istiqamətində işlər görülür.
Fondda bildirirlər ki, ölkəmizdə Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə 2006-cı ilin yanvarın 1-dən başlayıb.
Elxan SALAHOV

815