Universitetlərdə də dezinfeksiya işləri aparılır
04 noyabr 2009 12:00 (UTC +04:00)

Universitetlərdə də dezinfeksiya işləri aparılır

Rayonlardakı məktəblər isə “donuz qripi” əleyhinə dezinfeksiya işlərinə öz təşəbbüsləri ilə qoşulur

Baş dövlət sanitar həkimin müavinin sərəncamı ilə sərəncamı ilə Bakı, Gəncə və Sumqayıtın orta ümumtəhsil məktəblərində “donuz qripi” əleyhinə aparılan dezinfeksiya işləri başlayıb. Ali təhsil məktəblərində və əhalinin sıx olduğu digər yerlərdə isə dezinfeksiya işlərini rayon sanitar orqanları aparacaq.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Lent.az-a bildirib ki, hər bir rayonun dezinfeksiya şöbələri öz ərazilərindəki kütləvi toplaşma yerlərində planlı şəkildə “donuz qripi” əleyhinə profilaktik tədbirlər aparır.

Həmin tədbirlərin ali məktəblərdə nə vaxt aparılacağına gəlincə, Ziyəddin Kazımov bildirib ki, bu iş universitetlərlə sanitar orqanlar arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Onun sözlərinə görə, ilin əvvəlində universitetlərlə sanitar orqanlar arasında müqavilələr imzalanıb və bu işlər həmin müqaviləyə əsasən, davamlı şəkildə aparılır.

O ki qaldı xəstəxanalara, şöbə müdiri deyir ki, tibb müəssisələrində dezinfeksiya işləri onsuz da gündəlik həyata keçirilir. Onun sözlərinə görə, təhsil müəssisələrində tibb işçilərinin sayı az olduğundan burada “donuz qripi” əleyhinə dezinfeksiya işlərinin aparılmasına daha çox ehtiyac var. Bu səbəbdən də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həmin müəssisələrdə sanitar vəziyyətə daha çox önəm verir.

Ziyəddin Kazımov bildirib ki, rayonlardakı kənd məktəbləri “donuz qripi” əleyhinə dezinfeksiya işlərinə öz təşəbbüsləri ilə qoşulur. Onun sözlərinə görə, kənd məktəbləri yerli sanitar orqanlara müraciət etdikləri halda, həmin müəssisələrdə “donuz qripi” əleyhinə dezinfeksiya işləri aparılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar