Məktəblərin dezinfeksiyasına başlandı
“Donuz qripi”nə qarşı mübarizə məqsədilə sanitar orqanlar gücləndirilmiş iş rejiminə keçib
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfi bu gün Bakı, Sumqayıt və Gəncə şəhərlərinin orta ümumtəhsil müəssisələrində “donuz qripi”nə qarşı qabaqlayıcı tədbirlərə başlayıb. İki gün ərzində hər 3 şəhərin məktəblərində dezinfeksiya işləri aparılacaq.
Lent.az-ın məlumatına görə, bu gün səhər saat 10.00-dan etibarən paytaxtın müxtəlif rayonlarının dezinfeksiya stansiyalarının işçiləri tədrisi 5 günlük olan məktəblərdə dezinfeksiya işlərinə başlayıblar. Dezinfeksiya işləri paytaxtın 11 rayonunda yerləşən 326 məktəbi əhatə edəcək.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a bildiriblər ki, qurumun bütün işçiləri gücləndirilmiş iş rejimində çalışır. Belə ki, mərkəzin əməkdaşları ortaya çıxa biləcək hər hansı bir hadisənin lokallaşdırılması üçün bütün tədbirləri görüb.
Bundan başqa, yoluxucu virusların ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə bütün giriş qapılarında sanitar nəzarət gücləndirilib. Əhalinin daha çox toplaşdığı ərazilər xüsusi nəzarətə götürülüb. Hətta yoluxucu xəstəliklərə şərait yarada biləcək sahələrin fəaliyyəti dayandırılıb. Belə ki, artıq ölkəmizdə toyuq dönərinin hazırlanması və satışı qadağan edilib. Cari ilin 10 ayında qanunsuz fəaliyyət göstərən 32 dönərxananın fəaliyyəti dayandırılıb. 72 dönərxana barədə isə cərimə protokolu tərtib olunub. Mərkəz tərəfindən respublikanın bütün ərazilərində monitorinqlər davam etdirilir.
Elxan SALAHOV

514