Partlayan binanın sakinlərinə yeni ev verildi
31 oktyabr 2009 12:00 (UTC +04:00)

Partlayan binanın sakinlərinə yeni ev verildi

Həmin binanın yerində 6 bloklu, 45 mənzilli ev inşa edilib

Bu gün Bakı şəhəri Nizami rayonunun Naxçıvanski küçəsi, 34 ünvanında yerləşən, ötən ilin dekabr ayında qaz sızması nəticəsində partlamış binanın yerində inşa olunmuş yeni yaşayış binası istifadəyə verilib.


APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Nizami rayon icra hakimiyyəti başçısı Tahir Budaqov və digər şəxslər iştirak ediblər.


Tədbirdə qeyd olunub ki, ötən il dekabr ayının 13-də burada yerləşən beşmərtəbəli
yaşayış binasında qaz sızmasından 3 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnmiş partlayış olub. Bina yararsız vəziyyətə düşdüyündən sakinlər başqa yerlərə köçürülüb, dövlət başçısının tapşırığı ilə dağılmış binanın yerində yenisi inşa edilib. Ötən 9 ay ərzində başqa yerə köçürülmüş sakinlərə kirayə pulu verilib, həmçinin dünyasını dəyişənlərin ailələrinə dövlət tərəfindən yardım göstərilib.


Sonra sakinlərə mənzillərin açarları verilib, binaya baxış keçirilib.


Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirib ki, bina 6 blok, 45 mənzildən ibarətdir. Bina planlaşdırıldığı vaxtdan - noyabrın 3-dən əvvəl istifadəyə verilib.

O. Hacıyev deyib ki, əvvəlki bina beton panellərdən qurulduğu halda, yeni bina daşdan yeni proyekt əsasında inşa edilib. Binanın inşasında müasir tikinti materiallarından istifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar