Tibdə inqilab!
29 oktyabr 2009 20:00 (UTC +04:00)

Tibdə inqilab!

İltihablı ağciyərlər bərpa olunub

Kanadalı həkimlər çox hissəsi sıradan çıxmış ağciyərləri gen müalicəsi sayəsində bərpa edərək, sağaltdıqlarını açıqlayıblar. Bu, tibb elmində inqilab sayılır.

Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Toronto “Health Network” Üniversitetinin alimləri ilk öncə xəstənin iltihablanmış ağciyərlərini laboratoriyada bədən temperaturunda saxlayıb, digər tərəfdən, iltihaba səbəb olan toxumalara oksigen, protein və digər qidalı maddələr vurublar.

Beləliklə, iltihablanmış toxumalardakı hüceyrələrin özlərinə gəlmələrinə şərait yaradılıb. Daha sonra İL-10 adlanan bir geni daşıyan qrip virusu ağciyərə yeridilib. Beləliklə, ağciyərin təkrar karbondioksit alaraq oksigen buraxması təmin edilib.
Bu proses 30 gün çəkib. Alimlər hesab edirlər ki, bu üsuldan gələcəkdə ürək və böyrək köçürmələrində də istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar