Sumqayıtda 4804 ailəyə ünvanlı sosial yardım təyin edilib
22 oktyabr 2009 18:45 (UTC +04:00)

Sumqayıtda 4804 ailəyə ünvanlı sosial yardım təyin edilib

Yardım alanlar arasında 276 ailədə ailə üzvlərinin sayı 6 nəfərdən çox olanlardır

Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən cari ilin 9 ayı ərzində 137 nəfərə ümumi əlilliyə görə sosial müavinət, 73 nəfərə isə ailə başçısını itirdiyinə görə pensiya təyin edilib. Bundan əlavə 37 nəfər Qarabağ, Çernobıl iştirakçılarına və onların ailələrinə müxtəlif müavinətlər təyin olunub.

Sumqayıt şəhər icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, ötən 9 ayda 4804 ailəyə ünvanlı sosial yardım təyin edilib. Təyinat aparılmış ailədən 318 və ya 6,7 faizi 9 rayondan Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün ailəsi, 93-ü ailə başçısını itirmiş ailə, 216-sı və ya 4,5 faizi tək anaların ailəsi, 485 ailə və ya 10 faizi şəhid, müharibə, Çernobıl və digər səbəblərdən əlil olmuş ailələrdir.

Ünvanlı sosial yardım üçün təyinat aparılmış 4804 ailədən 912-si yataqxanalarda yaşayan ailələrdir. 276 ailədə ailə üzvlərinin sayı 6 nəfərdən çox olanlardır. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən bu dövr ərzində 804 nəfər tənha-ahıl vətəndaşlara xidmət göstərilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar