“Ocaq Pro” MMC-də məhsul istehsalı qadağan edilib
15 oktyabr 2009 17:30 (UTC +04:00)

“Ocaq Pro” MMC-də məhsul istehsalı qadağan edilib

Xama və ayran fiziki-kimyəvi göstəricilərinə görə tələblərə cavab vermir

Bakı şəhəri Binəqədi rayonunda yerləşən süd məhsullarının istehsalı ilə məşğul olan “Ocaq Pro” MMC-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri dövlət nəzarəti aparıblar.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəssisədən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzində müayinə olunub.

Müayinə nəticəsində məlum olub ki, xama və ayran fiziki-kimyəvi göstəricilərinə, yağlı qatıq isə mikrobioloji göstəricilərinə görə normativ sənədlərin tələblərinə cavab vermir.

Adıçəkilən məhsulların istehsalı və satışı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar