İsrail hökumətindən Azərbaycana təklif
Səfir azərbaycanlı gənclərin İsrail universitetlərində təhsil alması təklif edir
İsrailin Bakıdakı səfirliyi azərbaycanlı gənclərin bu ölkədə ali təhsil almasını arzulayır. İsrail tərəfi bu istəyini Azərbaycanın hökumətinin rəsmilərinə də çatdırıb.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem dünən təhsil naziri Misir Mərdanovun qəbulunda olub. Görüşdə Azərbaycanla İsrail arasında mövcud olan əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən, təhsil sahəsində aparılan islahatlardan danışılıb.
Nazir Azərbaycanla İsrail arasında təhsil sahəsi üzrə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini və İsrailin təhsil sistemi, bu ölkənin Təhsil Nazirliyi ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib. Universitetlər və məktəblərarası əlaqələrin yaradılması, birgə elmi-tədqiqat işlərinin və müvafiq təcrübə mübadiləsinin aparılması, eləcə də bu istiqamətdə bir sıra digər təkliflərlə çıxış edən Misir Mərdanov təhsil sahəsində davamlı əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
Mixael Lavon Lotem isə İsrail universitetləri, ali təhsil müəssisələri haqqında nazirə ətraflı məlumat verib. İsrail universitetlərinin beynəlxalq əməkdaşlığından, onların təhsil sahəsinə aidiyyəti olan şirkətlərlə əlaqələrindən danışan səfir Azərbaycan gənclərinin bu universitetlərə göndərilməsini arzulayıb. Səfir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin İsraildə mühəndislik, tibb, informasiya-kommunikasiya texnologiyaları və başqa ixtisaslar üzrə təhsil alması təklifini irəli sürüb.
Nazirlikdə deyirlər ki, nazir Misir Mərdanov bu təklifi dəstəkləyib. O, həmçinin qeyd edib ki, müvafiq istiqamətdə müəyyən işlər aparılmalıdır.
Elxan SALAHOV

714