AzTV ittiham olundu
Qulu Məhərrəmli: “AzTV-də baxılası veriliş yoxdur“
Faiq Hüsüyev: “Qulu müəllimin dediklərilə razılaşmıram, bu yanaşma düzgün deyil”
Milli Teleradio Şurası (MTRŞ) və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Azərbaycan teleməkanındakı problemlərlə bağlı birgə keçirdiyi tədbirdə “Xəzər” televiziyasının təmsilçisi, tanınmış telejurnalist Qulu Məhərrəmli büdcədən maliyyələşən telekanallarda efirə çıxan verilişlərin səviyyəsinin aşağı olduğunu söyləyib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Qulu Məhərrəmli akademik Ramiz Mehdiyevin məqaləsində qoyulan məsələlərin yanlış təqdimatının müşahidə olunduğunu bildirib: “Guya AzTV, İctimai Televiziya yaxşıdır, digərləri ondan nümunə götürməlidirlər. Elə deyil. Əksinə, büdcədən maliyyələşən telekanalların səviyyəsi yüksək deyil. Məsələn, AzTV-də baxılası veriliş yoxdur”.
“Anten” radiosunun prezidenti Rüstəm Əliyev də Qulu Məhərrəmli ilə razılaşıb və qeyd edib ki, cəmiyyətin məhz büdcədən maliyyələşən telekanallardan gözləntiləri olmalıdır, özəl telekanallar isə başqa məsələdir.
AzTV sədrinin müavini Faiq Hüsüyev səslənən iradla razılaşmayıb: “Qulu müəllim dedi ki, AzTV-də baxılası veriliş yoxdur. Qulu müəllimin dedikləriylə razılaşmıram, bu yanaşma düzgün deyil. AzTV-də kifayət qədər səviyyəli verilişlər var”.
Faiq Hüsüyev millət vəkili Sabir Rüstəmxanlının büdcədən maliyyələşən telekanallara qohum-əqrabanın yığışması barədə söylədiklərinə də münasibət bildirib: “Az əvvəl Sabir Rüstəmxanlı dedi ki, qohum-əqrabalarını yığırlar. AzTV-yə işə götürmə artıq müsabiqə yoluyladır. BDU-nun jurnalistika fakültəsindən gəlirlərdə problem müşahidə olunur. Nəzəriyyəni hamı bilir, praktika başqa məsələdir”.

750