Nobel İqtisadiyyat mükafatını 2 nəfər aldı
12 oktyabr 2009 17:00 (UTC +04:00)

Nobel İqtisadiyyat mükafatını 2 nəfər aldı

Nobel mükafatının iqtisadiyyat nominasiyası üzrə bu ilki qaliblərinin adları açıqlanıb.

Lent.az-ın məlumatına görə, İsveç Elmlər Akademiyası ABŞ-dan olan Elinor Ostrom və Oliver Villamsonu Nobel mükafatına layiq görüb.

Ostrom “xüsusilə cəmiyyət olmaq üzrə, iqtisadiyyat rəhbərliyi analizləri”, Villiamson isə “xüsusilə şirkətin sərhədləri olmaq üzrə iqtisadiyyat rəhbərliyi analizlərindən” ötrü bu mükafata layiq bilinib.

İndiana Universitetində müəllim olan Ostrom Nobel İqtisadiyyat mükafatını qazanan ilk qadın olub

Villiamson Kaliforniya Universitetində çalışır.

Nobel mükafatını qazananlar bu il dekabrın 10-da İsveç kralı tərəfindən 10 milyon İsveç kronu (1,4 milyon dollar), qızıl medal və diplomla mükafatlandırılacaq.
# 415

Oxşar yazılar