Nuşirəvan Məhərrəmlidən sərt tənqid
“Başıbəlalı müğənnilərin, aktyorların aparıcı fiqurlara çevrilməsi gənc nəslin tərbiyəsində mənfi tendensiya yaradır”
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, çıxış edən qurumun sədri Nuşirəvan Məhərrəmli deyib ki, özəl telekanallar şou xarakterli verilişləri artırmaqda sanki yarışırlar: “Özəl kanallarda şou xarakterli verilişlər ona görə sürətlə artırdı ki, bu verilişlər onlara reytinq gətirir. Ancaq bu reytinq dırnaqarası reytinqdir. Bizim həmin reytinq ölçən təşkilatların fəaliyyətinə də şübhəmiz var. “AGB” və “Siar” kimi qurumlar 200 ailədə cihazlar quraşdıraraq telekanalların reytinqini müəyyən edirlər. Reklam verən qurumlar da məhz bu reytinqin əsasında reklamı hansı kanala verməyi müəyyənləşdirir. Əgər həmin reytinq ölçən qurumlar doğrudan da obyektiv çalışsaydılar, belə mənfi nəticələrə gətirib çıxarmazdı. Biz bu məsələni həmin qurumlarla müzakirə etməyi düşünürük”.
N.Məhərrəmli müğənni və aktyorların veriliş aparmasına, həmçinin onların bütün telekanallardakı verilişlərdə iştirak etməsini də tənqid edib: “Bizi ən çox narahat edən efirdə başıbəlalı müğənnilərin, aktyorların əsas aparıcı fiqurlara çevrilməsidir. Bu aktyor və müğənnilər demək olar ki, cəmiyyət üçün bir örnək funksiyasını daşımağa başlayıblar. Onlardan müsbət bir fiqur yaradıb cəmiyyətə təqdim edirlər. Bu isə gənc nəslin tərbiyəsində mənfi tendensiya yaradır”.
Pərvin ABBASOV

Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25