Gəncənin “İmamzadə” və “Səbiskar” qəbiristanlıqlarında yerlər dolub
Yeni məzarlıq üçün Samux rayonu ərazisində 10 hektar ərazi ayrılacaq
Gəncənin “İmamzadə”, “Səbiskar” adlanan 1 və 3 saylı qəbiristanlıqlarında dəfn üçün yer yoxdur. 1 saylı qəbiristanlığın ərazisi 55,7 hektara çatdırılsa da, yenə torpaq qıtlığı yaşanır. Bu səbəbdən Samux rayonu ərazisində 10 hektar ərazi ayrılacaq. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Əhaliyə Xidmət şöbəsinin rəisi Ələddin Hüseynov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı Samux rayon İcra Hakimiyyətinə müraciət olunub. Bundan başqa, dünyasını dəyişmişlərin dəfni üçün “Yeni Səbiskar” adlanan, Gəncə-Daşkəsən yolunun kənarındakı ərazi mövcuddur.
Qeyd edək ki, hazırda Gəncədə 4 qəbiristanlıq var. Onlardan biri xristian, digərləri isə müsəlman qəbiristanlıqlarıdır.
Vüsalə Cənnətova

1568