Polislər Faxralı kənd məscidini mühafizəyə götürüblər
Gürcüstanın azərbaycanlılar yaşayan Faxralı kəndində yeni polis məntəqəsi açılıb.
Kənd sakinlərinin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, məntəqədə üç əməkdaş çalışır.
Polis məntəqəsi kənd məscidinin bərpası ilə bağlı qalmaqaldan sonra baş verə biləcək hər hansı toqquşmanın qarşısını almaq məqsədilə yaradılıb. Sakinlərin sözlərinə görə, Tiflisdən gəlmiş gürcü keşişləri hələ də məscidin yaxınlığında keşik çəkirlər: “Onlar emosiyaları qızışdırmaq üçün müxtəlif üsullara əl atsalar da, əhali təxribatlara uymur. Lakin məscidin bərpası məsələsi ilə bağlı bir irəliləyiş yoxdur. Tiflisdən də bu məsələ ilə əlaqədar gəlib-gedən yoxdur”.
Kənd sakinləri məscidin yaxınlığında gecələyən gürcü keşişlərin Tiflisdən gəlmiş keşiş David Saakadzenin adamları olduğunu bildiriblər.
Xatırladaq ki, ötən ay Faxralıya gələn keşiş David Saakadze jurnalistlərə açıqlamasında azərbaycanlıların bu torpaqda qonaq olduğunu, Gürcüstanın islam dövləti olmadığını, bu səbəbdən məscidin bərpasına imkan verməyəcəklərini bildirmişdi.

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20