FHN təbii fəlakətdən ziyan çəkən rayonlara tikinti materialları göndərib
Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) leysan yağışlarından və seldən zərər çəkən rayonlara yardımlar göndərib.
APA-nın xəbərinə görə, yardımların göndərilməsinə dünəndən başlanıb. Rayonlara dünən və bu gün ümumi məbləği 400 min manatdan artıq olan 520 kubmetr taxta, 32 min ədəd şifer, 6500 kvadratmetr şüşə, 2500 kvadratmetr metal şifer yola salınıb.
FHN-in Maddi Texniki Təchizat İdarəsinin rəisi Raqif Muradov bildirib ki, hazırda nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları 10 rayonda evlərin və binaların zirzəmilərinə dolmuş suların çəkilməsi ilə məşğuldurlar. İdarə rəisi bu yardımların prezidentin göstərişi ilə fəlakət zonalarına göndərildiyini deyib. Onun sözlərinə görə, dünən Quba rayonuna 4 maşın tikinti materialı və digər yardımlar yola salınıb.
Növbəti yardımlar isə Lənkəran, Xaçmaz, Quba, Şamaxı, Qobustan, Gədəbəy, Tovuz, Qax rayonlarına çatdırılıb. Nazirlik təmsilçisi leysan yağışları nəticəsində Hacıqabul rayonunda 45 evin zərər çəkdiyini, onlardan 30-nun dağıldığını, 15-nin isə dağılmaq üzrə olduğunu qeyd edib. Xaçmaz və Qusar rayonunda isə 111 ev dağılıb və ya ciddi zərər çəkib. Hazırda nazirlik əməkdaşları Hacıqabul və Xaçmaza dəyən ziyanı öyrənirlər.
Dəyən ziyanın məbləği dəqiqləşdiriləndən sonra problemlərin aradan qaldırılmasına başlanacaq, həmin rayonlara da yardımlar göndəriləcək.

654