Övladı valideynlərini çölə salıb, qapını içəridən bağladı
29 sentyabr 2009 20:00 (UTC +04:00)

Övladı valideynlərini çölə salıb, qapını içəridən bağladı

Xilasedicilər həmin şəxsi zərərsizləşdiriblər


Sentyabrın 28-də Bakı şəhəri, Nizami rayonunda, mənzildə ailə münaqişəsi zəminində insident baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, bir nəfər məlum olmayan səbəbdən valideynlərini zorla evdən çıxarıb və giriş qapısını içəridən qəsdən kilidləyib.

Xilasedicilər mənzilin qapısını açmaqla ailə üzvlərinə qarşı zor tətbiq etmiş şəxsin zərərsizləşdirilməsinə şərait yaradıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar