Naxçıvanda kəhrizlərlə bağlı beynəlxalq konfrans keçirilir
24 sentyabr 2009 14:15 (UTC +04:00)

Naxçıvanda kəhrizlərlə bağlı beynəlxalq konfrans keçirilir

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi abidə satılan 339 kəhriz dağıdıb

Naxçıvanda “Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” mövzusunda beynəlxalq konfrans keçirilir. Azərbaycanda ilk dəfə təşkil olunan bu tədbir sentyabrın 26-dək davam edəcək. Tədbirdə əsas məqsəd Naxçıvanın kəhriz sistemi sahədəki təcrübəsini dünyada yaymaqdır.

Lent.az-ın məlumatına görə, konfransda 15 ölkədən 30-dək nümayəndə iştirak edir. Müzakirə zamanı qeyd olunub ki, ermənilər tərəfindən işğal olunan Azərbaycan ərazilərində 339 kəhriz dağıdılıb. Belə kəhrizlərin yarıya qədəri Naxçıvan ərazisindədir. Ancaq son illər bəzi xarici təşkilatlar dağıdılmış kəhrizlərin bərpasına maraq göstərməyə başlayıb. Məsələn, İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatı Naxçıvanda 100 kəhrizi bərpa etməyi planlaşdırıb. Təşkilat bunun üçün 3 milyon dollar vəsait ayırıb. İndiyədək layihə çərçivəsində 56 kəhrizin bərpası artıq başa çatıb və bununla da 4152 ailə içməli, 3711 ailə isə daimi təsərrüfat suyu ilə təmin edilib.

Xatırladaq ki, hazırda təkcə Naxçıvanda Muxtar Respublikasında 400-dən artıq kəhriz var. Onlardan bəzilərinin hətta 2 min il əvvəl inşa olunduğu bildirilir. Elə buna görə də belə kəhrizlər qədim tarixə malik nadir memarlıq abidəsi kimi qorunur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar