Azərbaycan gəncləri Türkiyə Gənclər Forumunda iştirak edir - FOTO
Türkiyənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın gəncin iştirak etdiyi Forumun əsas məqsədi gənclərin təşkilatlanması vəziyyətini müzakirə etmək, həyata keçirdikləri və keçirmək istədikləri layihələri dəyərləndirmək və uğurları qeyd etməkdir.
Forum Toplum Könüllüləri Fondu, Ankara Böyükşəhər Bələdiyyəsi, Petrol Ofisi, Garanti Bankı və bir sıra özəl şirkətlərin dəstəyi ilə keçirilir.
Forumda Azərbaycanı hər il olduğu kimi Gənclər üçün Təhsil Mərkəzi təmsil edir.
Mərkəzin direktor müavini Elnur Axundovun Lent.az-a verdiyi məlumata görə bu Forumda iştirak etmək Azərbaycan gənclər təşkilatları üçün yaxşı fürsətdir. Belə ki, bu Forum iki qardaş ölkənin gənclər təşkilatlarının ortaq layihələrdə təmsil olunması və həyata keçirilməsi üçün, həmçinin qabaqcıl təcrübələrin öyrənilməsi üçün əlverişli imkandır.
Forum çərçivəsində Mərkəzi təmsil edən nümayəndə heyəti bir sıra önəmli görüşlər də keçirməkdə davam edir. Belə ki, bu gün Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, bir sıra bələdiyyənin gənclərlə iş bölmələrinin rəhbəri, aktiv QHT rəhbərləri və sosial xidmət ocaqlarının rəhbərləri ilə də görüşlər keçiriləcək.
Forumdan sonra nümayəndə heyətinin İstanbul şəhərində də səmərəli görüşlərinin keçirilməsi planlaşdırılır.

648