Gəncədə 50-dən artıq abonentin suyu kəsilib
15 avqust 2009 18:30 (UTC +04:00)

Gəncədə 50-dən artıq abonentin suyu kəsilib

Gəncə Su Kanal Törəmə Səhmdar Cəmiyyəti tərəfindən reydlərə başlanılıb
Gəncədə su pulunun ödənişindəki problemi aradan qaldırmaq üçün reydlərə başlanılıb. Ödəniş etməyən abonentlərin suyu Gəncə Su Kanal Törəmə Səhmdar Cəmiyyəti tərəfindən kəsilir. Qurumun şöbə rəisi NatiqƏhmədovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə artıq 50-dən artıq abonentin evinə verilən su kəsilib. Reydlər 5 davam edəcək. “Ödənişlərin vaxtlı-vaxtında edilməməsi Gəncə Su Kanal Törəmə Səhmdar Cəmiyyətinin Azərenerjiyə borcunu da ləngidir. Hazırda bu borc 7 mln manatdan artıqdır” - deyə Natiq Əhmədov bildirib.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar