İnsan alveri qurbanlarını hökumət komissiyası qoruyacaq
Nazirlər Kabineti “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları” təsdiq edib
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nın 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Lentaz-ın Nazirlər Kabinetinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiya yaradılır.
İdarələrarası komissiyanın tərkibi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik, Təhsil, Səhiyyə, Ədliyyə, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət olcaq.
İdarələrarası komissiya insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirir. İldə bir dəfədən az olmayaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun yanında idarələrarası komissiyanın iclası keçiriləcək. İclasda İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi sahəsində idarələrarası komissiya tərəfindən görülmüş işlər təhlil və müzakirə ediləcək, qarşıda duran vəzifələr müəyyən olunacaq. İdarələrarası komissiyanın iclaslarına insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri dəvət edilə bilər.
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin peşəkarlığının, bilik səviyyəsinin artırılması məqsədi ilə mütəmadi olaraq treninq və təlimlər təşkil olunacaq.
Qurbanlara göstərilən hüquqi yardımın maliyyələşdirilməsi məqsədi ilə qrantlar verilməsi üçün Milli Koordinator Nazirlər Kabinetinə müraciət edə bilər. Qurbanlara pulsuz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən təşkil edilir. Qurbanların hər hansı tibbi müayinəsi qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız onların razılığı əsasında həyata keçirilir.

1172