“Donuz qripi”nə yoluxan azərbaycanlılar sağalmaq üzrədirlər
31 iyul 2009 12:00 (UTC +04:00)

“Donuz qripi”nə yoluxan azərbaycanlılar sağalmaq üzrədirlər

A/H1N1 virusuna (“donuz qripi”) yoluxmuş hər iki xəstənin vəziyyəti yaxşıdır.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, xəstələrin səhhətində heç bir problem yoxdur və onlar sağalmaq üzrədirlər. V. Qasımov bildirib ki, xəstələrdə sağalma baş verən kimi onlar evə buraxılacaqlar.

Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev də APA-ya xəstələrin vəziyyətinin stabil və kafi olduğunu deyib. S. Əliyev nazirliyə tabe olan bütün tibb müəssisələrinin heyətləri ilə maarifləndirici işlərin aparıldığını da deyib.

Qeyd edək ki, Azərbaycanda xaricdən gətirilmə iki A/H1N1 qrip hadisəsinin qeydə alınması dünən rəsmən təsdiq olunub. Virusa yoluxan xəstələrdən biri qadın, digəri isə yeniyetmədir. Onlar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Yoluxucu Xəstəxanasına yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04