Ramil Usubov hicab problemindən danışıb
Azərbaycanın daxili işlər naziri Ramil Usubov ölkədə hicabla bağlı problemlərdən və bu problemləri yaradan amillərdən danışıb. APA-nın məlumatına görə, nazir “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz: “Antiazərbaycan şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq. Çox təhlükəli və zərərli meyl olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcək”.
R. Usubov qeyd edib ki, bu gün Azərbaycanda böyük əksəriyyət baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır, problemin məğzini və haradan qaynaqlandığını dərk edir: “Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir. Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur. Bu mənada, qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur. Amma bu cür etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni iddia ortaya atıblar - orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir. Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər. Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə, cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək. Müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyi daha yüksəkdir və onun azadlığının, tamhüquqlu vətəndaş olma haqqının real təminatı var. Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır. Onun ölkəmizin ictimai-siyasi həyatında, elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə rolu danılmazdır”.
R. Usubov həmçinin bildirib ki, mənəviyyat, əxlaq heç də zahiri görünüşlə müəyyənləşmir: “Biz daha çox insanların, xüsusən də yeniyetmələrin və gənclərin daxili dünyasının, mənəviyyatının zənginləşməsinə, milli dəyərlərə uyğunlaşmasına önəm verməliyik. Fikrimcə, bu mövzulara, həmçinin din xadimləri xüsusi diqqət ayırmalıdırlar. Onlar həm də vətəndaşlarımızın mövhumatdan, cəhalətdən, ekstremizm və radikalizmdən uzaqlaşmasına çalışmalı, dinimizin əsl mahiyyətinin təbliğinə səy göstərməlidirlər”.

659