Zərdabda ev quşları kütləvi tələf olur
Bu barədə Lent.az-a rayon sakini, jurnalist Nicat İntiqam məlumat verib.
Onun sözlərinə görə, rayonun Qoruqbağı, Sarıqaya, Məlikli, Pərvanlı, Məmmədqasımlı kəndlərində vətəndaşların şəxsi təsərrüfatlarında son bir neçə gündə 1500-dən artıq ev quşu qırılıb. Kənd sakinləri ev quşlarının hansı xəstəlikdən tələf olmasını müəyyənləşdirə bilməyiblər.
Xəstəliyin qarşısının alınması məqsədilə toyuq-cücələrə müəyyən dərman preparatları verilsə də, nəticəsi olmayıb. Təsərrüfat sahibləri ev quşlarının hansı xəstəlikdən tələf olduğunu bilmədikləri üçün narahatlıq içərisindədirlər. Onlar “quş qripi” xəstəliyinin yayıla biləcəyindən ehtiyatlanırlar.

597