Pitsanın da standartı oldu
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Standartları İnstitutunun təqdim etdiyi “AZS 407-2010”, “AZS 465-2010” və “AZS 540-2010” dövlət standartlarını təsdiq edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “AZS 407-2010” “Pitsa üçün yarımfabrikat. Ümumi texniki şərtlər” standartı pərakəndə ticarət və ictimai iaşə şəbəkəsinə satılması nəzərdə tutulan və hazır məhsul almaq üçün minimal müddətdə istilik emalı lazım olan pitsa üçün yarımfabrikata şamil edilir.
“AZS 465-2010” “Təkərli kənd təsərrüfatı traktorları. Ümumi texniki şərtlər” standartı dartı qüvvəsi sinfi 0,6-dan 8-ə qədər (8 də daxil olmaqla), icra sinfi “QOST 15150” üzrə “U” olan təkərli kənd təsərrüfatı traktorlarına şamil edilir.
“AZS 540-2010” “Quş əti və əlavə quş əti məhsullarından hazırlanan yarımfabrikatlar’ standartı quş əti və quşun içalatı (ürək, qaraciyər, mədə), boynu, qanadı, başı, ayağından hazırlanan, ticarət və ictimai iaşə şəbəkəsində satılmaq üçün nəzərdə tutulan yarımfabrikatlara şamil olunur.

714