Mal mala bənzəsə...
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə “AZS 498-2010” “Oxşar məhsulun sertifikatlaşdırma sistemi” dövlət standartı təsdiq edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartın tətbiq vaxtı bu il dekabrın 20-dən müəyyən edilib.
Bu sənəd AZS Milli Sertifikatlaşdırma Sistemində fəaliyyət göstərən oxşar məhsulların sertifikatlaşdırma (OMS) sisteminin strukturuna dair əsas tələbləri müəyyən edir və məhsulun sertifikatlaşdırılmasının aparılma qaydalarını tənzimləyir. Oxşar məhsulun sertifikatlaşdırma qaydaları onun istehsal, sınaq və ya tədarük xüsusiyyətləri nəzərə almaqla ayrıca sənəddə müəyyənləşdirilə bilər və bu sənəd həmin məhsulun sertifikatlaşdırılması üzrə orqan tərəfindən hazırlanır.
Sənəd OMS sisteminin yaradılmasında və fəaliyyətində vahid tələblərin təmin olunması, bu sistemin təşkilati-metodik sənədlərinin işlənib hazırlanması məqsədi ilə hazırlanıb. Bu sənədin tələbləri AZS Milli Sertifikatlaşdırma Sisteminin bütün iştirakçıları üçün məcburidir.

742