Marneulidə Gənclər Mərkəzinin açılışı olub
Lent.az-ın məlumatına görə, tədbirdə Gürcüstanın Gənclər və İdman Nazirinin müavini İlya Suxitişvili, və Yaponiyanın Gürcüstandakı səfirliyinin müşaviri İsamu Azeçi, Dünya Bankının məsul işçisi Sofya Devnosadze, Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Ramin Bayramov, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze və digər rəsmi şəxslər iştirak ediblər. Mərkəzin açılışında Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Samirə İsmayılova, GM-nin əməkdaşları Sofa Devdariani, Samirə Məmmədova gürcü dilinin öyrədilməsi metodikası və 2011-ci ildə GM-nin planları barədə tədbir iştirakçılarına məlumat veriblər. Sonra Gürcüstanın Gənclər və İdman Nazirinin müavini İlya Suxitişvili, parlamentin deputatı Ramin Bayramov, Yaponiyanın Gürcüstandakı səfirliyinin müşaviri İsamu Azeçi çıxış ediblər.
Tədbirdə Marneuli Gənclər Mərkəzi ilə Azərbaycanlı Tələbələr Assosiasiyasının arasında əməkdaşlıq barədə memorandumu imzalanıb.
Marneuli rayon icra hakimiyyətinin başçısı Zaza Dekonoidze Marneulidə müasir standartlara cavab verən Gənclər Mərkəzinin açılması üçün maliyyə dəstəyi ayıran Yaponiya səfirliyinə və Dünya Bankına təşəkkürünü bildirib.
Tədbirdə İvane Cavaxişvili adına TDU-nun tələbələrdən ibarət "Qordela" ansamblının üzvləri və gənc azərbaycanlı aşıq Cavid Bayramov gürcü və Azərbaycan xalq mahnılarını ifa ediblər.
Dünya Bankının məsul işçisi Sofya Devnosadze Lent.az-a açıqlamasında bildirib ki, GM-nin açılışı Gürcüstanda həyata keçirilən "Gənclərin inkişafı və məşğulluğu" layihəsinin bir hissəsidir. "Gürcüstanın 8 rayonunda belə mərkəzlərin açılışı nəzərdə tutulub. Layihə çərçivəsində Gürcaani, Axalsixe, Zuqdidi, Bartsixe, Lentexi, Qori və Ambrolauri rayonlarında da belə mərkəzlər istifadəyə veriləcək. Hazırda Gənclər Mərkəzləri təmir olunub və müasir texnika ilə işıqlandırılıb və mərkəzlərin əməkdaşları təyin edilib. "Gənclərin inkişafı və məşğulluğu" layihəsi Yaponiyanın Gürcüstandakı səfirliyi tərəfindən maliyyələşdirilib, Dünya Bankı tərəfindən qrant vəsaiti administrasiyasının vasitəçiliyi ilə həyata keçirilir."
Xatırladaq ki, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində aptek tikilib və rayonun Axlı-Lələ kəndindəki məktəbin 74,898 ABŞ dolları vəsait hesabına reabilitasiyası layihəsi həyata keçirilib.
Xatırladaq ki, 2008-ci ilin iyunun 31-də Gürcüstan hökumətinin və Dünya Bankının arasında qrant müqaviləsi bağlanılıb.
Nizami Məmmədzadə

1245