Millət vəkili Qənirə Paşayeva və ombusman Elmira Süleymanova şəhid Mübariz İbrahimovun ailəsini ziyarət ediblər
16 noyabr 2010 18:32 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva və ombusman Elmira Süleymanova şəhid Mübariz İbrahimovun ailəsini ziyarət ediblər

Lent.az-ın məlumatına görə, qəhrəmanın ailəsini müqəddəs bayram münasibəti ilə təbrik edən millət vəkili və ombusman bu bayramın bir qəhrəman ailəsində qeyd olunmasının fəzilətini, qüdsiyyətini vurğulayaraq, bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Milli Qəhrəmanın və igid zabitimiz Fərid Əhmədovun nəşinin ölkə prezidentinin ciddi səyləri nəticəsində düşməndən geri alınaraq II Fəxri Xiyabanda rəsmi törənlə, geniş xalq kütlələrinin iştirakı ilə dəfn olunması faktını qeyd edən İbrahimovlar ailəsi dövlət başçısına, dövlətimizə, xalqımıza öz təşəkkürlərini bildiriblər.

Mübariz şəhid olandan bəri bir gün də olsun evlərindən ziyarətçilərin əskik olmadığını deyən qəhrəman atası Ağakərim İbrahimov bunu xalqımızın, dövlətimizin öz mənəvi dəyərlərinə, milli-mədəni ənənələrinə sadiqliyi ilə əlaqələndirib. O, Qurban bayramının dövlət səviyyəsində geniş surətdə qeyd olunmasını, bu əziz gündə şəhid ailələrinin yad edilməsini də bunun bariz nümunəsi adlandırıb.

Millət vəkili və ombusman şəhid gizir, Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığının yeni nəsil üçün bir örnək olduğunu, onun kimi övladı olan xalqa mənsub olmaqdan qürur duyduqlarını ifadə edərək, bu əziz gündə şəhidlərimizə bir daha rəhmət diləyiblər, növbəti bayramları Şuşada, Xankəndində, işğaldan azad olunacaq digər torpaqlarımızda qeyd etməyi diləyərək, bu arzunun mütləq çin olacağına inamlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180

Oxşar yazılar