Daha 5 KİV-in adı “qara siyahı”ya salındı
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, iclasda 5 məsələ müzakirə olunub.
Toplantıda öncə ali məktəblərin jurnalistika fakültələrinə qəbul zaman qabiliyyət imtahanlarının bərpası məsələsi müzakirə olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun hazırda bu istiqamətdə araşdırmalar apardığını və dünyanın bir çox ölkələrindəki qabaqcıl təcrübənin nəzərdən keçirildiyini vurğulayıb. Məsələnin aktuallığı nəzərə alaraq, bununla əlaqədar Şurada xüsusi işçi qrupu yaradılıb. Qrup müəyyənləşdirib ki, Avropanın, eləcə də dünyanın əksər ölkələrində jurnalistika fakültələrinə qabiliyyət imtahanları çox uğurla həyata keçirilir və bu, müsbət nəticələr verir. Şura mövcud istiqamətdə proqram hazırlamalı və bu mövzuda xüsusi tədbir keçirməlidir.
İdarə Heyəti Şabran rayonunun eyni adlı qəzetinin və “Olimp sport” jurnalının Mətbuat Şurası üzvlüyünə qəbulla bağlı müraciətlərinə baxıb. “Şabran” qəzetinin baş redaktoru Çingiz Məmmədov və “Olimp sport” jurnalının baş redaktoru Ramin Allahverdiyev rəhbərlik etdikləri mətbu nəşrlərin dövriliyi, tirajı, yaradıcılıq xüsusiyyətləri və digər spesifik cəhətləri ilə əlaqədar ətraflı məlumat verib, sualları cavablandırıblar. İdarə Heyəti bütün bunları yetərli sayaraq hər iki kütləvi informasiya vasitəsinin Mətbuat Şurasına qəbuluna dair qərarlar çıxarıb.
Şuranın Şikayətlər üzrə Komissiyasının təqdim etdiyi rəylər dəyərləndirilib və İdarə Heyəti hesab edib ki, Masallı rayonundan bir qrup ziyalının “Cənub xəbərləri” və Ağdam rayonundan bir qrup sakinin “Qeyrət qalası” regional qəzetləri ilə bağlı şikayətləri əsaslıdır. Hər iki KİV-ə etik prinsiplərin tələblərinə sayğısız yanaşdığına görə Mətbuat Şurasının xəbərdarlığının elan olunması məqsədəuyğundur. Eyni qərar “Milli hərəkat” qəzeti barədə də çıxarılıb. Bu zaman nəşrin baş redaktorunun peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi əsas götürülüb.
Komissiyanın Cəlilabad Poçt filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Q.Cəfərovun şikayətləri əsasında çıxardığı rəylər məqbul qiymətləndirilib. Belə qərara alınıb ki, “Azadlıq” qəzeti cavabdeh tərəf kimi şikayətçilərin mövqeyini əks etdirən məktublarını dərc etdiyindən məsələ həllini tapmış sayıla bilər.
İdarə Heyəti digər 5 qərarın qəbulunda Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 28 sentyabr tarixli iclasının rəylərini əsas götürüb. “Rəsmi Azərbaycan” və “Vedi inform” qəzetlərinin adları Şuranın “qara siyahı”sına salınarkən bu nəşrlərin əməkdaşlarının yol verdikləri hüquqa zidd hərəkətlərə istinad edilib. Eyni zamanda nəzərə alınıb ki, bu KİV-lərdə jurnalist adından sui-istifadə halları üstünlük təşkil edir. Oxşar motivlər “Həftəlik Azərbaycan” və “Azad yeni fikir” qəzetlərinin də “qara siyahı”ya salınmasına səbəb olub.
“Bizim dövr” qəzeti ilə bağlı məsələnin müzakirəsi zamanı bildirilib ki, bu nəşr Şuranın “qara siyahı”sında yer alan “Yeni dövr” qəzetinin yolunu davam etdirir. Birincinin təsisçisi və baş redaktoru Hikmət Nəcəfli ikincidə də eyni postları tutur. İdarə Heyəti bu KİV-in adının “qara siyahı”ya salınması ilə bağlı qərar qəbul etməklə yanaşı, mətbu orqan barəsində toplanmış materialların inzibati orqanlara göndərilməsini məqsədə uyğun sayıb.
Cari məsələnin müzakirəsində Mətbuat Şurasının “qara siyahı”sındakı bəzi qəzetlərin peşə prinsiplərinə zidd fəaliyyətlərini davam etdirdikləri narahatlıqla vurğulanıb. Təklif edilib ki, bu kimi halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq gücləndirilsin.
Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə Türkiyə və Kiprdə təcrübə mübadiləsinə yollanacaq jurnalistlərin tərkibinin müəyyənləşdirilməsinə dair də fikir mübadilələri aparılıb.

739